Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan hakerləri Ermənistan saytlarını dağıtdı

Azərbaycan hakerləri Ermənistan saytlarını dağıtdı


26-06-2018, 22:40. Yazar: Xeberaz
Azərbaycan hakerləri Ermənistan saytlarını dağıtdı
“Anti-armenia Team”in hakerləri tərəfindən ermənistana geniş miqyaslı kiber hücumlar həyata keçirilib.
Qrupun rəhbəri “Ferid23” kod adlı hakerin başçılığı ilə Ermənistan parlamentinin, bütün nazirliklərin və digər dövlət təşkilatlarına məxsus olan 57 ədəd elektron sənəd dövriyyəsi sistemi dağıdılıb.
Dağıdılan saytlarda “Ali Baş Komandanım, generalım, zabitim, əsgərim, müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın mübarək! 100 illik şərəf yolun, müqəddəs yolun mübarək!” sözləri, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışlarının yer aldığı video və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilib.
Geri dön