Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Rusiya-2018: Seneqal-Yaponiya matçı bitdi: 4 qol
Rusiya-2018: Seneqal-Yaponiya matçı bitdi: 4 qol24-06-2018, 21:04. Yazar: Xeberaz |
Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində G və H qruplarında bu gün növbəti oyunlar baş tutacaq. "Xəbəraz.az "xəbər verir ki, ilk oyun günündə saat 16:00-da “Nijni Novqorod” stadionunda İngiltərə və Panama yığmaları qarşılaşacaq. Bu oyuna qədər ingilislər Tunisi 2-1 hesabı ilə məğlub etmişdilər. Panama millisi isə Belçikaya 3-0 hesabı ilə məğlub olmuşdu. Günün ikinci matçı isə saat 19:00-da “Yekaterinburq Arena”da H qrupunun liderləri – Yaponiya və Seneqal milliləri qarşılaşacaq. Günə ilk oyunda məğlubiyyətlə üzləşən iki komanda - Polşa və Kolumbiya yığmaları arasında keçiriləcək qarşılaşma ilə yekun vurulacaq. Bu görüş saat 22:00-da Kazanda keçiriləcək. *** Oyunun 8-ci dəqiqəsində Con Stons dəqiq baş zərbəsi ilə İngiltərəni önə çıxardı. *** Harri Keyn penalti zərbəsi ilə komandasının ikinci qolunu vurdu. *** Linqard, Ston və Keynin qolları ilə İngiltərə millisi fasiləyə 5-0 üstünlüklə yollanıb. *** İngiltərə millisi Panamaya 6-1 hesabı ilə qalib gəldi. *** Seneqal millisi S.Manenin 11-ci dəqiqədə vurduğu qolla Yaponiya qarşısında 1-0 önə keçib. *** Yaponiya yığması T.İnuinin qolu ilə 37-ci dəqiqədə hesabı bərabərləşdirib: 1-1. *** 71-ci dəqiqədə M.Vaque Seneqalı yenidən önə keçirib. 7 dəqiqə sonra isə Honda komandasının bərabərlik qolunu vurub: 2-2. *** Seneqal-Yaponiya matçı 2-2 bərabərliklə başa çatıb. Geri dön |