Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 > “Sənətimi yalnız o kişiyə görə ataram” – Renkadan ŞOK AÇIQLAMA

“Sənətimi yalnız o kişiyə görə ataram” – Renkadan ŞOK AÇIQLAMA


23-06-2018, 14:51. Yazar: Xeberaz


“Sənətimi yalnız o kişiyə görə ataram” – Renkadan ŞOK AÇIQLAMA –

ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan rəqqasə Renka maraqlı açıqlamalar verib.


Son dövrlərin bütün qalmaqallarından yorulduğunu, artıq söz-söhbətlərdən uzaq gəzdiyini dilə gətirən rəqqasə Renka, bu cür piar olunmaq niyyətində olmadığını söyləyib:

“Verilişlərdəki dava-qırğın mənlik deyil. Görürəm pis oluram. Həm də vaxtım yoxdur deyə verilişlərə elə də gedə bilmirəm. Proqramlara gedirəm kənarda qalıram. Deyirəm ki, o cür getməkdənsə getməmək hamısından yaxşıdır. Danışmıram, sadəcə rəqs edib otururam. Çılğınam, deyib-gülənəm, cavab qaytaranam, amma hansısa verilişdə olanda o cür hərəkətlər etmirəm, belə piar olunmaq istəmirəm”.

Efirə çıxan kimi kimliyini unudub dondan-dona girən bəzi insanları tənqid edən rəqqasə, özünü tərifləyənləri bir neçə cümlə ilə xarakterizə edib:

“Belə şeyləri efirdə görüb gülməkdən ölürəm. Deyirəm, görəsən, onlar bu cür edəndə nə fikirləşib edirlər? Bunu anlaya bilmirəm. Verilişlərdə oturub, ay mən eləyəm, mən beləyəm, başlayırlar özlərini tərifləməyə, ayıbdır. Qoy, səni camaat tərifləsin. Mikrofon görəndə özlərini itirirlər, yapışırlar mikrofondan, başlayırlar uzun-uzadı danışmağa. Aparıcı da ki, qalıb qıraqda”. 

Adının yeri gəldi-gəlmədi hallanmasını qəbul etməyən Renka, bəzi həmkarlarının onun üzərindən özlərinə piar qazanmaq istədiklərinə eyham vurub:

“Hansı verilişə çevirirəm, Renka elədir, Renka belədir. Başqa rəqqasə yoxdur? Mən sakit durub cavab vermirəm, ona görə ki, həm vaxtım yoxdur, həm də mən baş qoşmaq istəmirəm. Tamam fərqli psixologiyada olan insanam. Axı niyə Renka? Sevilmək başqa şeydir. Məni Renka kimi sevirlər, səni başqa cür sevirlər. Sən çalış özünü sevdir. Mənə qarşı olacaqsan, əskinə insanların gözündən düşəcəksən. Kiməsə söz atmaqla səviyyəni aşağı salma! Mənim instagramda direktim partlayır. Deyirlər ki, Renka sənin adından istifadə edirlər. Sənin adından istifadə edib özlərini reklam edirlər. Öz rəqsinlə sevilmirsənsə, mənə söz atmaqla özünə reklam qazanmayacaqsan!”

Renkanın danışığından belə bəlli olur ki, onun insanlar tərəfindən sevilməsi həmkarlarının rəqqasənin arxasınca ağlı-qaralı danışması ilə nəticələnir:

“Mən heç vaxt heç kimin arxasınca danışmamışam. Hansı məclisə, hansı salona gedirəm, deyirlər ki, Renka, qızlar gəlmişdilər, hamısı sənin arxanca danışırdı. Niyə belədirlər, niyə özlərini gözdən salırlar? Ayıbdır. Əgər sən hər işdə mənim adımı çəkirsənsə, demək, sən özünü məndən aşağı bilirsən. Mən heç vaxt heç yerdə demərəm ki, kimdənsə güclüyəm. Mən özümə görə güclüyəm. Rəqs edirəm və bir neçə gündən sonra fikirləşirəm ki, bundan da yaxşı oynaya bilərəm”. 

Başqaları açıq-saçıq hansısa bir geyimdə şəkil çəkdirən kimi topa tüfəngə tutulsa da, artıq insanlar Renkanı geyiminə görə tənqid etmirlər:

“Mən açıq-saçıqlığı vulqar səviyyədə etmirəm. Mən elə geyinirəm ki, kobud, xoşagəlməz yox, şirin görünür. Yaşım icazə verdiyi üçün açıq-saçıq geyinirəm. Verməsə, etmərəm”. 

Renka bildirdi ki, əgər nə zamansa sənətinə son verəcəksə, bu hansısa kişiyə görə yox, məhz oğluna görə ola bilər:

“Həyatımda dəyişiklik olsa, sənəti atsam, bu, heç bir kişiyə görə ola bilməz. Bu ancaq bir kişiyə görə ola bilər, o da oğluma görə. Mən heç vaxt demərəm ki, ərə gedirəm, həyat yoldaşım qoymur”. 

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
Geri dön