Ana Sayfa > Karusel / Maraqlı / M2 > Beyonsa oxşayan bina tikirlər - VİDEO

Beyonsa oxşayan bina tikirlər - VİDEO


10-07-2015, 15:26. Yazar: Xeberaz
Beyonsa oxşayan bina tikirlər - VİDEO
Çində bir tikinti şirkətinn çaydan, musiqi diski formalı binalar inşa etməsindən sonra, bu dəfə Avstraliyada bir şirkət öz layihəsi ilə hər kəsi təəccübləndirib. Sözügedən şirkət paytaxt Melburnda xarici görünüşünə görə məşhur Pop-ulduzu Beyonsa oxşayan göydələn inşa edəcək.
Söhbət kiçik bir heykəlcikdən yox, hündürlüyü nə az nə çox 226 metrə çatan binadan gedir. Şirkət rəhbərliyi bu binanın maketini müğənni Beyonsun məşhur şəkillərindən biri əsasında ərsəyə gətirib. Dediklərinə görə, dünyanın ən cazibədar 20 qadınından biri kimi qiymətləndirilən Beyonsun bədən quruluşunu əks etdirən binanın tikintisi çox vaxt almayacaq.

78 mərtəbəli, qadın görünüşlü bina 14 aya təhvil veriləcək. Bu binada 600-dən çox mənzilin satışa çıxarılacağı bildirilir. Kənardan Beyonsu xatırlatsa da, göydələnə Premyer Qülləsi adı verilib.
Geri dön