Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > "Fermerlər təhlükəsizlik qaydalarına əməl etməlidirlər" - İnam Kərimov

"Fermerlər təhlükəsizlik qaydalarına əməl etməlidirlər" - İnam Kərimov


22-06-2018, 15:20. Yazar: Xeberaz





“Pambıq tarlalarında baş vermiş zəhərlənmələr narahatedici hadisədir. Bu, məsələnin araşdırması prezident İlham Əliyevin birbaşa nəzarətindədir”.
 
APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
 
Nazir qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş Prokurorluqtərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir: “Pambıqçılıq sahəsi kimyəvi maddələrin tətbiqini zəruri edir. Amma burada əsas məsələ təhlükəsizlik və tətbiq qaydalarına ciddi riayət etməkdir. Bu öhdəliklər məhz fermerlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”.




Geri dön