Ana Sayfa > Karusel / Hadisə / M2 > 1 ailəni məhv eden yol qəzası

1 ailəni məhv eden yol qəzası


10-07-2015, 13:42. Yazar: Kenan
1 ailəni məhv eden yol qəzası

Tovuzda rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzasında ölənlərin kimlikləri məlum olub.

Xeberaz.az-ın APA-dan aldığı məlumata görə, qəzada ölənlərin hamısı bir ailənin üzvləri olub. Onlar "Mercedes"in sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlıƏsmadır.

10:06

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən avtobusun sərnişinlərindən olan bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön