Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Metroda qadınlar arasında kütləvi dava - Saç yoldusuna çıxdılar

Metroda qadınlar arasında kütləvi dava - Saç yoldusuna çıxdılar


20-06-2018, 09:57. Yazar: Xeberaz

Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

Metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.
(report)


Geri dön