Ana Sayfa > Karusel / Gündəm / Hadisə > 3 bacının yeganə qardaşı özünü asdı

3 bacının yeganə qardaşı özünü asdı


18-06-2018, 17:32. Yazar: Xeberaz

Bu gün günorta saatlarında Salyan şəhərinin "Plastik" yaşayış massivində intihar hadisəsi baş verib.
Xəbəraz.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, Ə.Quliyev küçəsindəki 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan 24 yaşlı Vüsal Nabil oğlu Abbasov özünü binanın çardağından asmaqla intihar edib.
Vüsal Abbasov ailədə 3 bacının yeganə qardaşı olub, rəngsaz işləyirmiş. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi müəyyən edilməyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Geri dön