Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Hacıqabulda qəza: ata öldü, 6 yaşlı oğlu xəstəxanadadır

Hacıqabulda qəza: ata öldü, 6 yaşlı oğlu xəstəxanadadır


18-06-2018, 12:33. Yazar: Xeberaz
Hacıqabulda qəza: ata öldü, 6 yaşlı oğlu xəstəxanadadır
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
Qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.  
Faktla bağlı araşdırma aparılır.
Geri dön