Ana Sayfa > Karusel / İdman / M2 > "İnter" və "Qəbələ"nin ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu

"İnter" və "Qəbələ"nin ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu


10-07-2015, 11:16. Yazar: Fehrad
"İnter" və "Qəbələ"nin ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu





Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki rəqibləri bu gecə müəyyənləşib.

Xeberaz.az-ın məlumatına görə, "Qəbələ" Serbiya, "İnter" isə İslandiya təmsilçisi ilə qarşılaşacaq.

Artıq "Qəbələ"nin rəqibi bəlli olub. Sloveniyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Çukariçki" klubu cavab görüşündə rəqibi ilə 0:0 bərabərə qalıb. Bu nəticə Serbiya klubunu növbəti mərhələyə yüksəldib. Bu isə o deməkdir ki, "Qəbələ" ikinci təsnifat mərhələsində məhz "Çukariçki" klubu ilə qarşılaşacaq.

Finlandiyada keçirilən ilk oyunda da qonaq komanda - "Hafnarfyordur" minimal hesablı qələbə qazanıb - 1:0. İslandiyada keçirilən cavab matçında eyni hesabla qalib gələn "Hafnarfyordur" klubu ikinci təsnifat mərhələsində "İnter"ə rəqib olub.

Qeyd edək ki, "İnter" I təsnifat mərhələsində Albaniyanın "Laçi", "Qəbələ" isə Gürcüstanın "Dinamo" klubunu mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz "Neftçi" isə "Mladost" səddini keçə bilməyib və Avropa Liqasında mübarizəni dayandırıb.



23:00. "Çukariçki" (Serbiya) - "Domjale" (Sloveniya) - 0:0
(İlk oyun - 1:0)

00:15. “Hafnarfyordur" (İslandiya) - SJK (Finlandiya) - 1:0
Qol: Finboqason, 90+1 (1:0)
(İlk oyun - 1:0)
Geri dön