Ana Sayfa > Karusel / Dünya / M2 > Bolqarıstan prezidenti Moskvada keçiriləcək Qələbə paradına qatılmaqdan imtina edib

Bolqarıstan prezidenti Moskvada keçiriləcək Qələbə paradına qatılmaqdan imtina edib


21-03-2015, 16:39. Yazar: Xeberaz
Bolqarıstan prezidenti Moskvada keçiriləcək Qələbə paradına qatılmaqdan imtina edib
Dəvətin qəbul edilməməsinin səbəbləri barədə açıqlama verilmir.

Bolqarıstan prezidenti Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərinə qatılmayacaq.

Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, Bolqarıstan liderinin mətbuat xidmətindən bildirilib ki, prezident Rosen Plevneliyev yubiley tədbirlərinə dəvət alıb, lakin onun Moskvaya səfəri planlaşdırılmır.

Dəvətin qəbul edilməməsinin səbəbləri barədə açıqlama verilmir.

Qeyd edək ki, artıq Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və digər liderlər Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak etməyəcəklərini açıqlayıblar.
Geri dön