Ana Sayfa > Karusel / Gündəm / Həftə-Reytinq > Siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb
Siqaretə tətbiq edilən vergi 3 dəfə artırılıb12-06-2018, 21:52. Yazar: Xeberaz |
Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi. Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub. Geri dön |