Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda Kamaz VAZ-2106 ilə toqquşdu: bir ailənin 3 üzvü öldü

Bakıda Kamaz VAZ-2106 ilə toqquşdu: bir ailənin 3 üzvü öldü


12-06-2018, 09:49. Yazar: Xeberaz

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.
Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü - ata, ana və övlad dünyasını dəyişib.
Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Geri dön