Ana Sayfa > Karusel / İdman > Ronaldo yeni müqavilə təklifini rədd edib

Ronaldo yeni müqavilə təklifini rədd edib


11-06-2018, 17:50. Yazar: Xeberaz

Portuqaliya mill komandasının futbolçusu Kriştianu Ronaldu İspaniyanın "Real Madrid" klubunun yeni müqavilə təklifini rədd edib. 
33 yaşlı hücumçu mövcud müqaviləsini ildə 25 milyon avro əmək haqqı qarşılığında uzatmağa razı olmayıb. Ronaldu "kral klubu"ndan ilinə 30 milyon avro tələb edir. O, rədd cavabını öz agenti Jorje Mendeş vasitəsilə kluba çatdırıb. 
Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir. 
Geri dön