Ana Sayfa > Karusel / Hadisə > Yevlaxda zəncirvari qəza: yaralılar var - YENİLƏNİB

Yevlaxda zəncirvari qəza: yaralılar var - YENİLƏNİB


11-06-2018, 14:37. Yazar: Xeberaz

Yevlaxda baş verən yol qəzasında yaralanan şəxslərin adları məlum olub. 
Xeberaz.az xəbər verir ki, hadisə nəticəsində Hacıyev Tural Məzahir oğlu və Qasımov Nəriman Ərzuman oğlu xəsarət alıblar.  
---------
12:16
Yevlax rayonunda zəncirvari yol qəzası baş verib.
Xeberaz.az xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun rayonun Hacıselli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "VAZ -21011", "VAZ -21015" markalı avtomobillər "QAZel" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 3 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.(report)
Geri dön