Ana Sayfa > Karusel / Şou-Biznes > "Hüseyn kimi cır oğul yetişdirənlərin..."

"Hüseyn kimi cır oğul yetişdirənlərin..."


11-06-2018, 14:12. Yazar: Xeberaz

"Hüseyn kimi cır oğul yetişdirənlərin..."



Bloqqer Hüseyn Əzizoğlunun “Maşın” şoudan əməkdar artist Abbas Bağırovu uzaqlaşdırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xeberaz.az-ın məlumatına görə, izləyicilərin əksəriyyəti bloqqerin bu addımını qınayıb, onu təhqir ediblər. Əzizoğlunun addımına etiraz edənlər arasında şou-biznes nümayəndələri də yer alıb. 


Müğənni Natavan Həbibi Hüseyni satqın adlandırıb:“İyrənc və şərəfsiz bir oyun idi. Kişi və ya qadın, fərqi yoxdur. İnsan olduğunu unutmaq olmaz. Dəyərlər şərtlərə görə dəyişməməlidir. Bu dərəcədə satqınlıq, bu yaşda! Aldanan tamaşaçı oldu. Əminəm, elə tamaşaçı da öz cavabını verəcək. Oyunu quranlar da, oynadanlar da uduzdu. Şounun nəticəsindən asılı olmayaraq yaddaşlarda bu günün çirkin oyunu qaldı”.
Murad Arif də Hüseynin ünvanına tənqid yazanlardan olub:
“Heç biri ilə tanış deyiləm. Bu oğlan çox eybəcər söhbətlər edir. Pərvinin dostu kimdir, imkanı nədir… Kimə nə? Pərvin daha mərdanə danışır”.
Bir neçə gün əvvəl “Maşın”dan gedən Rahidə Baxışova da Abbasın tərəfini saxlayıb:
“Can Abbas, dünən mənim ürəyim gəlmədi sənə bunu edim. Sənə isə hörmətim artdı”.
“Maşın”ın 16-cı buraxılışının iştirakçılarından olan Günel Hümbətova da Əzizoğlunun addımını yanlış hesab edib:
“Belə cır oğul yetişdirənlərin halına çox acıyıram. Təəssüf ki, sayları az deyil”.
Aktrisa Çimnaz Sultanova isə hələ də hadisənin şokundan ayılmadığını bildirib:
“Dəhşət... Adam heç söz tapa bilmir. Hələ də şokdayam. Bu, çox ədalətsiz idi. Arxadan zərbə... Kişilikdən deyil. Heç qadınlıqdan da deyil”.

Hüseynin müğənni Roza Zərgərliyə ana, Abbasa isə ata deməyi sosial şəbəkədə müzakirələrə səbəb olan mövzulardan olub. Hətta izləyicilər Abbas, Hüseyn və Rozanın fotosuna müxtəlif kollajlar düzəldiblər.
Geri dön