Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Tovuzda 2 saat leysan yağdı - Mərkəzdə həyat iflic olub

Tovuzda 2 saat leysan yağdı - Mərkəzdə həyat iflic olub


10-06-2018, 11:39. Yazar: Xeberaz

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.
Nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.
Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.
Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.


Geri dön