Ana Sayfa > Karusel / Gündəm / İdman > Azərbaycan millisi bu gün Latviyaya qarşı oynayacaq

Azərbaycan millisi bu gün Latviyaya qarşı oynayacaq


9-06-2018, 10:41. Yazar: Xeberaz

Yığmamız Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirəcək.

Komandamız səfərdə Latviyanın qonağı olacaq. Riqada, “Dauqava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyunu olacaq. Bunadək Belarus və Qazaxıstana uduzan yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Qırğızıstana qalib gəlib.


9 iyun

Yoldaşlıq görüşü
19:00. Latviya – Azərbaycan
Hakimlər:
 Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu
Geri dön