Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Şamaxıda mikroavtobus aşıb: Yaralılar var

Şamaxıda mikroavtobus aşıb: Yaralılar var


8-06-2018, 10:29. Yazar: Xeberaz

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.
Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.


Geri dön