Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanda Qədr gecəsi üçün məscidə gedən gənclər qəzaya düşdü - Vəziyyətləri ağırdır

Azərbaycanda Qədr gecəsi üçün məscidə gedən gənclər qəzaya düşdü - Vəziyyətləri ağırdır


8-06-2018, 10:16. Yazar: Xeberaz

Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Xəbəraz.Az report-a istinadən xəbər verir ki, ötən gecə şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub.

Hadisə nəticəsində Sumqayıt şəhər sakini - 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, 2000-ci il təvəllüdlü Tağıyev Kamil Şahin oğlu və 2000-ci il təvəllüdlü Bayramov Fəqan İsmayıl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən gənclər Qədr gecəsi əməllərini yerinə yetirmək üçün məscidə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.
Geri dön