Ana Sayfa > Karusel / Gündəm > Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir

Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir


8-06-2018, 09:56. Yazar: Xeberaz

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.
Xəbəraz.Az trend-ə istinadən xəbər verir ki, yığıncaq AMEA Rəyasət Heyətinin beşillik və 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunub.
Yığıncaqda Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, o cümlədən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları təqdim ediləcək.
Bu yığıncaqda AMEA-nın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki keçiriləcək və Rəyasət Heyətinin yeni üzvləri müəyyənləşdiriləcək.
Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. Akademiyanın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.
Geri dön