Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > DSX-nin rəisi vətəndaşları qəbul edib (VİDEO)

DSX-nin rəisi vətəndaşları qəbul edib (VİDEO)


9-07-2015, 21:11. Yazar: Xeberaz
DSX-nin rəisi vətəndaşları qəbul edib (VİDEO)
Təxminən üç saat davam edən görüşdə Elçin Quliyev 60 vətəndaşın problemlərini dinlədi.
Dövlət sərhəd xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı Elçin Quliyevin vətəndaşlarla görüşü Xudat sərhəd dəstəsində baş tutdu.

ANS TV-nin bölgə müxbirinin məlumatına görə, təxminən üç saat davam edən görüşdə dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev şimal bölgəsindən olan 60 vətəndaşın problemlərini dinlədi, müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verdi.

Qəbula gələn Şəhla Salahova bildirib ki, problemini Elçin Quliyevin diqqətinə çatdırıb və ona həll olunacağını bildirib.

Elçin Quliyevin tapşırığına əsasən quruma aid olmayan digər məsələlər rəsmiləşdirilərək aidiyyati təşkilatlara göndəriləcək.

Geri dön