Ana Sayfa > Karusel / M2 / Texnologiya > İnstaqramdan gözlənilən YENİLİK

İnstaqramdan gözlənilən YENİLİK


7-06-2018, 10:42. Yazar: Xeberaz



İnstaqram sosial şəbəkəsi izləyicilərini yenilikləri ilə sevindirməyə davam edir.

Bu yenilik videomaterialların xronometrajı ilə bağlıdır. 

Belə ki, bundan sonra artıq daha uzunmüddətli videoçarxları həm çəkə, həm də səhifənizə yükləyə biləcəksiniz.Qeyd edək ki, funksiya şəbəkəyə bir saatlıq video yerləşdirməyə imkan verəcək.
Xatırladaq ki, hazırda İnstaqramda maksimum bir dəqiqəlik video yerləşdirmək mümkündür.
Geri dön