Ana Sayfa > Karusel / Gündəm > Argentina İsraillə oynamaqdan imtina etdi

Argentina İsraillə oynamaqdan imtina etdi


6-06-2018, 10:57. Yazar: Xeberaz
Argentina İsraillə yoldaşlıq oyunu keçirməkdən imtina edib.Bu matç ətrafında yaranan ajiotaj və ciddi etirazlar səbəb olub.
  
Belə ki, Qüdsdə keçirilməsi planlaşdırılan oyun fələstinlilərin və bütün ərəb dünyasının ciddi etirazına səbəb olub. Hətta Fələstin Futbol Federasiyasının prezidenti Cabrail Racub yerli sakinləri Messinin şəkillərini və formalarını yandırmağa səsləmişdi. Bundan başqa bir qrup fələstinli Argentina millisinin Barselonada məskunlaşdığı bazanın qarşısında etiraz aksiyası keçirib.
  
Bütün bunları nəzərə alan Argentina tərəfi isə iyunun 9-na planlaşdırılan matçı ümumiyyətlə ləğv etməyə qərar verib. Onlar həm də Qüdsə getməyi təhlükəsizlik baxımından da əlverişli hesab etməyiblər.
Geri dön