Ana Sayfa > Karusel / Gündəm / Hadisə > İtaliyada azərbaycanlı tələbə ölüb

İtaliyada azərbaycanlı tələbə ölüb


5-06-2018, 20:05. Yazar: Xeberaz

Azərbaycanlı tələbə İtaliyada göldə boğularaq ölüb.
Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib.
Hadisə iyunun 2-də baş verib.
Əməliyyat qrupları meyiti axtarmağda davam edir.
Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası artıq İtaliyadadır
Geri dön