Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Samur-Abşeron kanalında 11 gün əvvəl batan gəncin meyidi tapılıb

Samur-Abşeron kanalında 11 gün əvvəl batan gəncin meyidi tapılıb


5-06-2018, 15:01. Yazar: Xeberaz


Samur-Abşeron kanalında on bir gün əvvəl batan 18 yaşlı gəncin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 
Belə ki, mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində, nəzarətsiz ərazidə batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb. 
Onun meyiti FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Geri dön