Ana Sayfa > Karusel / Hadisə / Dünya > İsrail yenə Qəzzanı bombaladı

İsrail yenə Qəzzanı bombaladı


3-06-2018, 13:48. Yazar: Xeberaz
İsrail hava hücumundan müdafiə sistemi Qəzza zolağından atılan daha bir raketi vurub.
 
Bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter səhifəsində yerləşdirilən məlumatda deyilir.
 
Məlumatda bildirilir: "Sderot şəhəri və Şaar-xa-Neqev regional şura yaxınlıqlarında sirenal haqqında məlumatlardan sonra Qəzza zolağından İsrail ərazisinə daha bir raketin atıldığı qeydə alınıb. Raket "Dəmir günbəz" sistemi ilə vurulub".
Qeyd edək ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Onlardan birini "Dəmir günbəz" sistemi ilə vurulub, digəri isə İsrail ərazisinə çatmayıb.
Geri dön