Ana Sayfa > Karusel / Hadisə / Dünya > Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb

Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb


3-06-2018, 09:58. Yazar: Xeberaz

Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.
Regionda təhlükəsizliyin təmin edilməsi üçün “Həyat Təhrir Şam” qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.
Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub.
Geri dön