Ana Sayfa > Karusel / Hadisə / Dünya > İRAQDA İKİ TÜRK ƏSGƏRİ ŞƏHİD OLUB

İRAQDA İKİ TÜRK ƏSGƏRİ ŞƏHİD OLUB


2-06-2018, 22:52. Yazar: Xeberaz

Daha bir əsgər ağır yaralanıb

İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.

Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb.
"İyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb", - deyə rəsmi məlumatda bildirilir.


Geri dön