Ana Sayfa > Karusel / İdman > Zidanın istefasının əsl səbəbləri açıqlandı

Zidanın istefasının əsl səbəbləri açıqlandı


1-06-2018, 13:14. Yazar: Xeberaz


Zinəddin Zidanın “Real”dan gözlənilməz gedişinin səbəbləri məlum olub.

Fransız mütəxəssis klub prezidenti Florentino Peresin onun işini müdaxiləsinə görə istefa verib. İspaniyalı jurnalistlərin fikrincə, F. Peresin Zidanın razılığı olmadan “Atletik”dən Kepe Arrisabalaqa, “Bavariya”dan Robert Levandovski və PSJ-dən Neymarı transfer etmək cəhdləri baş məşqçini özündən çıxarıb. Çünki Zidan həmin futbolçuların keçidində maraqlı olmayıb.

Bundan başqa, Kriştiano Ronaldo və Qaret Beylin komandakı gələcək taleyinin sual altında olması və mövsümün gedişində ardıcıl uğursuz nəticələrdən sonra rəhbərliyin dəstəyindən məhrum olması, əvəzində Maurisio Poçettino və Yoahim Löv kimi məşqçilərin adlarının klubla birgə hallanması da Zidanın qərarına təsir edib.

Qeyd edək ki, Zidan dünən keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Geri dön