Ana Sayfa > Karusel / Gündəm > DİQQƏT! Bəzi yollarda hərəkət məhdudlaşdırılır

DİQQƏT! Bəzi yollarda hərəkət məhdudlaşdırılır


1-06-2018, 10:45. Yazar: Xeberaz


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi-Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.
Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Geri dön