Ana Sayfa > Karusel / Hadisə > 24 yaşlı oğlan iş yerində özünü asdı-Şəkidə

24 yaşlı oğlan iş yerində özünü asdı-Şəkidə


31-05-2018, 16:11. Yazar: Xeberaz


Şəkidə intihar olub.
Xəbəraz.Az apa-a istinadən xəbər verir ki, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 



Geri dön