Ana Sayfa > Karusel / Siyasət / Dünya > Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək

Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək


31-05-2018, 12:25. Yazar: Xeberaz

Qazaxıstan Senatının komitəsi prezident Nursultan Nazarbayevi ömürlük Dövlət Təhlükəsizlik Şurasının sədri edən qanun layihəsini qəbul edib.
 
Layihəni Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları üzrə Komitəsi hazırlayıb. 
 
Qərarda Qazaxıstanın birinci prezidentinin tarixi missiyasını nəzərə alınaraq onun Təhlükəsizlik Şurasının ömürlük sədri təyin edilməsi göstərilib.

Layihə həmçinin Senatda da təsdiqlənməlidir. 

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan Məclisi ikinci oxunuşda Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük başçılıq etməsi barədə qanun layihəsinin təsdiqləmişdi. 



Geri dön