Ana Sayfa > Karusel / Şou-Biznes > "Maşın" onun üçün əldən getdi...

"Maşın" onun üçün əldən getdi...


31-05-2018, 11:58. Yazar: Xeberaz

ATV-də "Xanımlar və cənablar 2" devizi ilə yayımlanan "Maşın" şounun ilk buraxılışı baş tutub.
Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Roza Zərgərlini sms səsverməsinə çıxarıblar.


İfaçı verilişin əvvəlindən səs topladığı təqdirdə kimi çıxaracağını açıqlamasa da, şounun gedişatında aparıcı Fira Cəlilovanı uzaqlaşdıracağını bildirib.
 
Sonda R.Zərgərli 57,72 faiz səs yığaraq verilişdə qalıb. Lakin proqramın gedişatında səhvən meyxanaçı Ələkbər Quliyev əlini maşından götürdüyü üçün ifaçı şoudan başqa iştirakçını çıxartmayıb. Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva davam etdirir
Geri dön