Ana Sayfa > Karusel / İdman > Millimiz Qurban Qurbanovla ilk qələbəsini qazandı

Millimiz Qurban Qurbanovla ilk qələbəsini qazandı


30-05-2018, 10:02. Yazar: Xeberaz


Milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb. 

Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edib.

Rəqib millimiz üçün yad deyildi. İndiyədək 3 dəfə qırğızlarla üz-üzə gələn yığmamız iki dəfə qalib gəlib, bir dəfə isə heç-heçə etmişdi. Bugünkü matçda isə komandamız rəqibini 3 cavabsız qolla üstələyib.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsi olub. Bunadək 3 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub. 
29 may

Yoxlama oyunu

20:00. Azərbaycan - Qırğızıstan - 3:0 
Qollar: 
Maksim Medvedyev, 16, Mahir Mədətov, 74, Ürfan Abbasov, 84
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı  Türkiyə)
Bakı. Olimpiya Stadionu
Geri dön