Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ağsuda DƏHŞƏT: 5 yaşlı uşaq anasını güllələyib öldürdü

Ağsuda DƏHŞƏT: 5 yaşlı uşaq anasını güllələyib öldürdü


29-05-2018, 14:45. Yazar: Xeberaz

Ağsu rayonunda bədbəxt hadisə baş verib. Mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb. Qadın hadisə yerində ölüb.
 
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.
 
Bildirilir ki, hadisə vaxtı qadın divanda yuxuda olub. 5 yaşlı Murad silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb və güllə qadının baş-boyun nahiyəsinə tuş gəlib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Araşdırma aparılır.


Geri dön