Ana Sayfa > Karusel / Hadisə > Xırdalanda evlərdən silsilə oğurluqlar edən şəxslər tutulub

Xırdalanda evlərdən silsilə oğurluqlar edən şəxslər tutulub


29-05-2018, 14:13. Yazar: Xeberaz

Xırdalanda evlərdən silsilə oğurluqlar edən şəxslər tutulub.
DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Xırdalan şəhərindəki evlərin birindən 70 manat, 1 ədəd kompyuter, 2 ədəd qol saatı, 2500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Azər Musazadə və Ağcabədi rayon sakini Mərdan Abbasov saxlanılıblar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 24-də daha 1 evdən 400 manat və məişət əşyaları oğurlamaları da müəyyən edilib.


Geri dön