Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Dəniz xərçənginin görünüşü heyrətə saldı - VİDEO

Dəniz xərçənginin görünüşü heyrətə saldı - VİDEO


9-07-2015, 16:46. Yazar: Xeberaz
Dəniz xərçənginin görünüşü heyrətə saldı - VİDEO
ABŞ-ın Meyn sahillərində balıqçı toruna düşən bir xərçəng hamını heyrətləndirib. Bu xərcəngin yarısı narıncı, yarısı qəhvəyi rəngdədir. Elm xadimlərini də təəccübləndirən qəribə dəniz canlısı dünyanın ən nadir xərçənglərindən biri kimi qiymətləndirilir.
Alimlərin dediyinə görə, albinos xərçəngin dünyaya gəlmə ehtimalı 100 milyonda birdir. Meyn sahillərində yaxalanan xərçəngin diqqət çəkən başqa bir xüsusiyyəti isə bədəni qəhvəyi rəngdə olsa da, quyruq və qısqac rənglərinin fərqlənməsidir.

Alimlər bu cür mutasiyanın necə baş verdiyini anlamaqda çətinlik çəkir. Meyn dövlət akvariumunun rəhbərliyi bu xərçəngi insanlara nümayiş etdirməkdə maraqlı olduğunu bəyan edib. Bununla belə, nadir dəniz xərçənginin muzeyə göndərilməsini tələb edənlər də var.

Geri dön