Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda 2 qadını vurub öldürən avtobus sürücüsünə hökm oxundu

Sumqayıtda 2 qadını vurub öldürən avtobus sürücüsünə hökm oxundu


29-05-2018, 13:28. Yazar: Xeberaz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məhəmməd Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M. Behbudov 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

İtthama görə, 2017-ci il dekabrın 5-də axşam saatlarında Sumqayıt şəhərində şəhər sakini Məhəmməd Behbudov idarə etdiyi "Hyundai" markalı, 90 AD 889 dövlət nömrə nişanlı xətt avtobusu ilə 1969-cu il təvəllüdlü Abdullayeva Arzuyə Məlikəjdər qızı və 1988-ci ildən anadan olmuş Rzayeva Nuşabə Hakan qızını vurub öldürüb.
Geri dön