Ana Sayfa > Karusel / Hadisə > Şirvanda 62 yaşlı müəllimə itkin düşüb

Şirvanda 62 yaşlı müəllimə itkin düşüb


26-05-2018, 19:00. Yazar: Xeberaz

Şirvanda qadın itkin düşüb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-də dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara ətək və ağ köynək olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Geri dön