Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qazaxda yol qəzasında ana və oğlu xəsarət alıb

Qazaxda yol qəzasında ana və oğlu xəsarət alıb


24-05-2018, 09:36. Yazar: Xeberaz
Qazaxda yol qəzasında ana və oğlu xəsarət alıb
Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kəndinə gedən yolda minik avtomobilinin qəzaya uğraması nəticəsində Qazax şəhər sakinləri, 1967-ci il təvəllüdlü Aləmzar Hüseynov, 1961-ci il təvəllüdlü Gülsabə İsmayılova və onun oğlu, 1997-ci il təvəllüdlü Asəf Əliyev bədən xəsarətləri alaraq, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Geri dön