Ana Sayfa > Karusel / İdman > İnyesta yapon klubunda çıxış edəcək

İnyesta yapon klubunda çıxış edəcək


24-05-2018, 09:18. Yazar: Xeberaz

"Barselona" futbol klubunun sabiq ispaniyalı yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edəcək.
Bu məlumatı futbolçu özünün "Tvitter" səhifəsində təsdiqləyib.
34-yaşlı yarımmüdafiəçi sosial şəbəkədə yapon klubunun prezidenti ilə şəkil paylaşıb və şərh yazıb: "Dostum Xikaro Mikitani ilə yeni evimə gedirəm".
Xatırladaq ki, futbolçu aprel ayının sonunda İnyesta "Barselona"dan getdiyini bəyan edib. O klubun əsas komandasında 2002-ci ildə çıxış edirdi.
Geri dön