Ana Sayfa > Karusel / Hadisə / Dünya > Sərnişin qatarı yük maşını ilə toqquşdu - ölən və yaralananlar var

Sərnişin qatarı yük maşını ilə toqquşdu - ölən və yaralananlar var


24-05-2018, 09:15. Yazar: Xeberaz

İtaliyanın şimalında sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 18 nəfər xəsarət alıb.
 
APA-nın məlumatına görə, bu barədə ANSA agentliyi xəbər verib.
 
Qəza zamanıl Turin-İvrea marşrutu üzrə hərəkət edən qatarın maşinisti həyatını itirib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
 
İnsidentin səbəbləri araşdırılır.
Geri dön