Ana Sayfa > Karusel / Texnologiya > İnstagram-da gözlənilən yenilik

İnstagram-da gözlənilən yenilik


24-05-2018, 09:08. Yazar: Xeberaz

"Instagram" sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib. Bu halda sizin tərəfinizdən gizlədilmiş hesab sahiblərinə heç bir xəbərdarlıq edilməyəcək. Bu haqda informasiya sosial şəbəkənin rəsmi bloqunda dərc edilib.
Xəbəraz.Az ICTnews-a istinadən bildirir ki,  beləliklə, indi abunəçilikdən çıxmadan istifadəçilərin şəkil və tarixçələrini gizlətmək olar.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçinin profilində və ya onun fotosunda "..." nişanına sıxmaq lazımdır.
Geri dön