Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > 19 yaşlı qız adapterə görə kül oldu - FOTO

19 yaşlı qız adapterə görə kül oldu - FOTO


9-07-2015, 14:07. Yazar: Xeberaz
19 yaşlı qız adapterə görə kül oldu - FOTO
ABŞ-ın Texas ştatında Qabriella Samuel adlı qız saxta adapterin qurbanı olub.
Xeberaz.azATV.az-a istinadan bildirir ki, o, telefon enerji yığarkən və qulağında qulaqcıq olan zaman yuxuya gedib. Lakin adapter saxta olduğundan qız enerji vurması nəticəsində ölüb.

Bir müddət ondan xəbər ala bilməyən sevgilisi isə onun evinə gedib və qızı ölü vəziyyətdə tapıb. Oğlan evə girəndə yanıq qoxusu hiss etdiyi üçün mətbəxə keçib. Lakin orada hər şeyin qaydasında olduğunu görüb. Samuelin otağının qapısını açanda isə qızın yandığını görüb.

19 yaşlı Samuelin beyni yanıb. ABŞ polisi adapterin alındığını mağazanı axtarsa da, nəticə əldə edə bilməyib.
Geri dön