Ana Sayfa > Karusel / Hadisə > 25 gün əvvəl itkin düşən gəlin tapıldı

25 gün əvvəl itkin düşən gəlin tapıldı


22-05-2018, 18:26. Yazar: Xeberaz

Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.
Trend-in məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.
Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü.Mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Geri dön