Ana Sayfa > Karusel / Gündəm > Əlyazmalar İnstitutunun direktor müavini haqqında səsləndirilən tənqidi fikirlərə aydınlıq gətirildi- Yalan məlumatdı, qızım belə fikirlər səsləndirməyib
Əlyazmalar İnstitutunun direktor müavini haqqında səsləndirilən tənqidi fikirlərə aydınlıq gətirildi- Yalan məlumatdı, qızım belə fikirlər səsləndirməyib22-05-2018, 13:22. Yazar: Xeberaz |
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru,professor Aybəniz Əliyevanın evindən 536 min dollar pulun və 143 min manat dəyərində qızıl -zinyət əşyalarının oğurlanması ilə əlaqədər cinayət işinin məhkəmə prossesində A.Əliyevanı və qızı Mədəniyyət və İncəsənət Universitetinin prorektoru,professor Gülşən Əliyevanın təhqir olunması ilə bağlı qızımın adından yazılmış tənqidi məqalələrə görə narahatlıq hissi keçirirəm.Bu fikirlər Bakı Şəhəri Yasamal rayonu Zaur Kərimov küçəsi ev 186-da yaşayan Zeynalov Abduləli Mirzə oğluna məxsusdu.(AZE N- 08781897) Faktinfo.az-ın elektron poçtuna göndərilən məktubda KİV- lərə o da tövsiyə olunur ki,onların razılığı olmadan ailəsinə, qızı Xanım Zeynalova barəsində yazılar yazmasınlar. Məktubdan sətirlər: A. Əliyevanın qızının, qızım Xanım Zeynalovaya 20 min manat verməsi qarşılığında “Kislotanı mənə verdi ki, apar,o qadının üzünə at...”, "Hər ayın əvvəlində göndərirdilər,gedib Beynəlxalq Bankın bankomatlarından maaşlarını çıxarıb gətirib özlərinə verirdim” ifadələri də qızıma məxsus deyil.O, bunları inkar edir,həmin fikirlər tərəflər arasında ixtilaf yaratmaqdan başqa bir şey deyildir. Eləcə də, məlum məqalədə digər bir məqam : “Xanım Zeynalova həbsinə görə həm də Aybəniz Əliyevanın bacısı oğlu Gülmar Abbasovu ittiham edir,bütün bu işlərin başında o dayanır ” fikirlərinə də aydınlıq gətirir. A. Zeynalov bildirir ki,ailəmizin ,qızımın yuxardakı fikirlərə heç bir aidiyyati yoxdu,məlum sözlər qızımın dilindən səslənməyib. Bütün bunlarla bağlı qızımla da danışmışam,o da onun adından yazılan,məzmunca eyni ,ancaq müxtəlif başlıqlar altında gedən məqalələri təkzib edir. Geri dön |