Ana Sayfa > Karusel / Hadisə > “İçkiliydim, pəncərəni sındırıb, girdim” - Oyuncaq maşın oğurlayan şəxs

“İçkiliydim, pəncərəni sındırıb, girdim” - Oyuncaq maşın oğurlayan şəxs


22-05-2018, 12:22. Yazar: Xeberaz
Hacıqabul rayonu Meyniman kənd sakini Nüsrət Nəsirov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən qızıl-zinət və məişət əşyalarınını oğurlanması barədə məlumat verib.
Xəbəraz.Az ARB TV-yə istinadən xəbər verir ki, məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.

Araşdırmalarla evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının və 100 manat dəyərində məişət avadanlıqlarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Meyniman kənd sakini, 26 yaşlı Rövşən Hümbətov saxlanılıb. Dindirilmə zamanı R.Hümbətov törətdiyi cinayəti etiraf edib. Oğurladığı əşyaların hamısı ondan maddi sübut kimi götürülüb:

"Gecə saat 12 də içkili evə gəlirdim. Gördüm evdə heç kim yoxdu, pəncərəni sındırıb girdim. Qızılları götürdüm, maqintafon və uşaq oyuncaq maşını oğurladım".

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Geri dön