Ana Sayfa > Karusel / İdman > "Qızıl buts"un sahibi müəyyənləşdi

"Qızıl buts"un sahibi müəyyənləşdi


21-05-2018, 10:34. Yazar: Xeberaz


"Barselona"nın hücumçusu Lionel Messi 2017-2018 mövsümü "Qızıl buts" mükafatının sahibi olub. 

Argentinalı futbolçu ötən gecə başa çatan La Liqada 36 oyuna 34 qol vurub. 

Bu göstərici ilə 68 xal yığan Messi "Liverpul"un hücumçusu Məhəmməd Salahı üstələyib. Misirli futbolçu İngiltərə Premyer Liqasında başa çatan mövsüm 36 oyuna 32 qol vurub.

Bu, Messinin 5-ci belə uğurudur. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub. 

Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qoların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.
Geri dön