Ana Sayfa > Karusel / Gündəm / Aktual > "Uşaqlarda güclü əsəb müşahidə olunur" - Sumqayıtlı mütəxəssislərdən valideynlərə XƏBƏRDARLIQ

"Uşaqlarda güclü əsəb müşahidə olunur" - Sumqayıtlı mütəxəssislərdən valideynlərə XƏBƏRDARLIQ


20-05-2018, 11:12. Yazar: Xeberaz

Son zamanlar uşaqların nevropatoloqa müraciət etməsində əvvəlki illərə nisbətən artım müşahidə olunur.Bunun səbəblərini araşdırmağa çalışdıq.Bu barədə açıqlama verən neyrocərrah Rasim Cəfərov  bu kimi halların artmasının fəsil dəyişkənliyi ilə əlaqəli olduğunu bildirdi:
"Yaz fəslidir və uşaqlar həyətdə oyunlarla çox vaxt keçirirlər. Bu kimi halların artmasının əsas səbəbi fəsil dəyişikliyi ilə əlaqədardır. Çünki bizə hər hansı bir infeksiya ilə bağlı müraciət edən olmayıb. Bundan başqa informasiya texnologiyalarının da bu kimi halların çoxalmasında təsiri var və onlar uşaqlarda yaddaş, diqqət və yuxu pozğunluğu yaradır”. Psixoloq Sevinc Baxışova isə deyir ki, uşaqlarda beyindaxili təzyiqlə bağlı lazımi müalicələrin aparılmaması müxtəlif nevroloji xəstəliklərə gətirib çıxarır:
"Məsələn, uşağın beyindaxili təzyiqi var və o ağlayanda valideynləri bunu təbii qəbul edirlər. Artıq uşaq məktəb yaşına çatdığı zaman beyin informasiya qəbul etdikdə onda baş ağrıları yaranmağa başlayır. Həkimə, nevropatoloqa müraciət edəndə məlum olur ki, vaxtında uşağa nevroloji müalicə etdirmədikləri üçün onda beyindaxili təzyiq artıb. Bundan başqa nevroloji xəstəliklər doğuş normal keçsə belə ananın bətndaxili xəstəliklərindən də irəli gəlir. Əgər anada qanazlığı varsa, həyat tərzi stresslərlə və sıxıntılı keçirsə, bu, uşaqda özünü göstərir. Fikir versək bu gün uşaqlar aqressiv olublar. Çünki hazırda adi cizgi filimlərində belə yalnız öldürməyi, güc tətbiq etməyi özündə əks etdirən kadrlar yer alır. Valideyn 7-8 yaşlı uşağın əlinə telefon verirsə, demək onun uşağın beyninə necə mənfi təsir etdiyini anlamır. Ona görə də bu məsələlərdə günahkar valideyndir. Uşaqlarda güclü əsəb müşahidə olunur, çünki bu yaşda olan uşaqlara valideyn nağıl, hekayə, şeir oxumalıdır ki, onun beyni inkişaf etsin. Uşaqlarla vaxt keçirilməli, oyunlar oynanılmalıdır”. 
(xeberle.com)
Geri dön